Kürdəmirin Axtaçı-Qarabucaq və Qocalı kəndlərinə ilk dəfə təbii qaz verilib

Tarix: 18-4-2016 // saat: 18:22
Rayonun Axtaçı-Qarabucaq kəndində Qocalı kənd inzibati ərazi dairəsinin Qocalı kəndinin 84 abonent və 520 nəfər əhalisinə və Axtaçı kənd inzibati ərazi dairəsinin Axtaçı-Qarabucaq kəndinin 102 abonent və 618 nəfər əhalisinə təbii qazın verilişi ilə əlaqədar açılış mərasimi keçirilib.
Tədbirdə Kürdəmir Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov, “Azəriqaz” İstehsalat Birliyi Ağsu regional qaz istismar idarəsinin rəisi Eldar Səlimzadə, kənd ağsaqqalları və ziyalıları, rayon ictimaiyyətinin nümayəndələri və kənd sakinləri iştirak ediblər.
Axtaçı-Qarabucaq kəndinin təbii qazla təmin edilməsi məqsədi ilə ümumilikdə müxtəlif diametrli 14911 p/metr metal boru və 2830 metr yeraltı polietilen boru xətti quraşdırılmışdır. Qocalı kəndinin təbii qazla təmin edilməsi məqsədi ilə ümumilikdə müxtəlif diametrli 8093 p/metr metal boru xətti quraşdırılmışdır.Ümumilikdə isə 25834 metr müxtəlif diametrli metal və polietilen boru quraşdırılmışdır.Axtaçı-Qarabucaq kəndində mövcud olan 102 fərdi mənzilin hər birinə və Qocalı kəndində mövcud olan 84 fərdi mənzilin hər birinə mexaniki qaz sayğacı və fərdi tənzimləyici quraşdırılmışdır.Hər bir mənzilin mətbəxinə “Azəriqaz” İstehsalat Birliyinin hesabına daxili qaz xətti çəkilmişdir.
Mərasimdə kənd sakinləri Vüqar Zeynalov, Valeh Feyzullayev, kənd qadınları adından Həqiqət Qəhrəmanova çıxış edərək əhalinin sosial ehtiyaclarının həllinə göstərdiyi diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
“Azəriqaz” İstehsalat Birliyi Ağsu regional qaz istismar idarəsinin rəisi Eldar Səlimzadə dövlətimizin başçısının tapşırığına əsasən respublikamızda bütün yaşayış məntəqələrinin “mavi yanacaq”la təminatı istiqamətində həyata keçirilən tədbirlərdən danışıb.
Tədbirdə çıxış edən Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov kənd sakinlərini bugünki əlamətdar gün münasibətilə təbrik edərək qeyd etdi ki, respublikamızda olduğu kimi rayonun sosial-iqtisadi inkişafı, rayon mərkəzinin və kəndlərimizin infrastruktur cəhətdən yeniləşməsi gözlərimiz önündə baş verir. Hazırda Kürdəmir şəhəri də daxil olmaqla 62 yaşayış məntəqəsindən 53 yaşayış məntəqəsi üzrə 17684 abonet təbii qazdan istifadə edir. Bu da rayon əhalisinin 85,4 faizini təşkil edir Axtaçı-Qarabucaq və Qocalı kəndləri artıq rayonun 53-cü yaşayış məntəqələridir ki, qazla təmin olunacaqlar. Rayonun Muradxan, Çöl-Qubalı, Carlı, Mollakənd və Türkədi kəndlərində müxtəlif diametrli qaz xətləri çəkilərək qazlaşma işləri davam etdirilir. Bu da o deməkdir ki, hal-hazırda rayonun 5 yaşayış məntəqəsində bu işlər davam etdirilir. Adı qeyd olunan kəndlərə qazın verilişi yaxın vaxtlarda təmin ediləcəkdir. 2015-ci ildə 22 kənd mavi yanacaqla təmin edilmişdir. 2016-cı ildə artıq 9-cu kənd qazla təmin edilir. Rayonda yalnız 4 kənd qalır ki, bunlar Qarabucaq qəsəbə, Qarabucaq kənd, Qarasu və Qurdbayram kəndləridir ki, onların da qazlaşması 2016-cı ildə nəzərdə tutulub. Sonda məşəl alovlandırılıb, kəndə təbii qaz verilib.
 

Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN