Yeni kitabları oxuyun!

Kitabxanamız bu günlərdə ”Azərbaycan Milli Ensiklopediyası”nın 5 cildini almışdır. A hərfindən Ç hərfinədək  bütün məlumatları özündə əks etdirən bu məlumat nəşri geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.

Tarix: 16-4-2016 // saat: 12:11
Ağsu şəhər Mərkəzi Kitabxanası bu günlərdə ”Azərbaycan Milli Ensiklopediyası”nın 5 cildini almışdır. A hərfindən Ç hərfinədək  bütün məlumatları özündə əks etdirən bu məlumat nəşri geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.
Azərbaycan Milli Ensiklopediyasının bu cildlərində dünya sivilizasiyasının mühüm mərhələləri, ayrı-ayrı ölkələrin və xalqların tarixi, incəsənəti, iqtisadiyyatı, elmi haqqında ətraflı məlumatlar, ayrı-ayrı terminlərin izahı verilmişdir. Ensiklopediyanın hazırlanmasında respublikanın aparıcı alimləri, mədəniyyət və incəsənət xadimləri yaxından iştirak etmişlər.
Əziz Ağsulular! Cox qiymətli və  dəyərli olan bu kitabları oxumağı unutmayın.
 
Mərkəzi kitabxananın Xidmət şöbəsinin müdiri Nazənəm Salmanova
 

Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN