Şəhid Abubəkir İsmayılovun nəşi Kürdəmirə gətirilib

Tarix: 11-4-2016 // saat: 13:45
Aprelin birindən ikisinə keçən gecə erməni hücumu nəticəsində Mİ-24 helikoterində qəhrəmancasına həlak olan şəhid 26 yaşlı Abubəkir İsmayılovun meyidi dünən axşam saatlarında doğulduğu Kürdəmir rayonuna gətirilib. Şəhidin ailəsinə təhvil verilməsi mərasimi böyük izdihamla keçib. Vida mərasimində Minlərlə rayon sakini, Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndələri, hüquq mühafizə orqanının əməkdaşları , eləcə də qulluq etdiyi hərbi hissənin əsgər və zabitləri iştirak edib. Şəhidin nəşi vida mərasimi keçirildikdən sonra dəfn edilməsi üçün Bakıya yola salınıb. Şəhid bu gün Müdafiə Nazirliyinin Təlim Tədris mərkəzində keçirilcək vida mərasimindən sonra Şəhidlər Xiyabanında dəfn olunacaq. Qeyd edək ki, Abubəkir İsmayılov ali təhsilli, evin iki oğul övladından böyüyü olub. 6 ay bundan əvvəl ailə həyatı quran şəhid Mi 24 helikopterində bont texniki işləməklə yanaşı rütbəsi baş leytinant olub. Abubəkir İsmayılovla birgə digər 2 ekipaj üzvü düşmənin xeyli qüvvəsini məhv etdikdən sonra qəhrəmancasına həlak olublar. Onların meyidi isə atəşkəs elan olunduqdan sonra dünən Beynəlxalq Qızıl Xaç Komitəsinin və ATƏT-in vasitəçiliyi ilə ərazilərdən götürülərək ailələrinə təhvil verilib. Şəhidin Bakıda dəfni valideynlərinin razılığı əsasındadır. 

Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN