Şəhid Mikayıl Vahabzadə dəfn edilib

"KANAL S" xəbər verir ki, səhər saatlarında İsmayıllıya gətirilən şəhid Vahabzadə Mikayılın dəfn mərasimində böyük izdiham yaşanıb. Şəhidin nəşi dəfn olunmaq üçün İsmayıllı rayonunun Maçaxı kəndindəki məzarlığa gətirilib.

Tarix: 10-4-2016 // saat: 01:54
"KANAL S" xəbər verir ki, səhər saatlarında İsmayıllıya gətirilən şəhid Vahabzadə Mikayılın dəfn mərasimində böyük izdiham yaşanıb. Şəhidin nəşi dəfn olunmaq üçün İsmayıllı rayonunun Maçaxı kəndindəki məzarlığa gətirilib. Mərasimdə Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndələri, İsmayıllı Rayon İcra Hakimiyyətinin, rayon hüquq-mühafizə orqanlarının rəhbərliyi, kənd sakinləri ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgər və zabitləri, rayon ictimaiyyəti də iştirak ediblər. İlk olaraq Azərbaycan Respublikasının dövlət himni oxunub. 
Dəfn mərasimində  "Şəhidlər ölməz, Vətən bölünməz" şüarı səsləndirilib, şəhid əsgər yaylım atəşləri altında son mənzilə yola salınıb. 
Azərbaycan Respublikasının bayrağı şəhidin ailəsinə əmanət edilib.  Ailənin böyük oğlu olan Vahabzadə Mikayıl Sumqayıt Dövlət Universitetini bitirdikdən sonra 2015-ci ilin iyulunda İsmayıllı rayonundan hərbi xidmətə yola salınıb. O, cəbhənin Tərtər rayonu istiqamətində Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində döyüş tapşırığını yerinə yetirən zaman düşmən tərəfindən açılan atəş nəticəsində şəhid olub. 
 
https://www.youtube.com/watch?v=SEtntmQ9_GE
Foto "İsmayıllı xəbərləri" qəzetinindir.

Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN