Şəhid Toğrul Fərəczadə dəfn edilib

ElTV xəbər verir ki, Azərbaycan ordusunun şəhid olan giziri, 1993-cü il təvəllüdlü Toğrul Habil oğlu Fərəczadə doğulduğu Ağsu rayonunda dəfn edilib.

Tarix: 10-4-2016 // saat: 01:42
ElTV xəbər verir ki, Azərbaycan ordusunun şəhid olan giziri, 1993-cü il təvəllüdlü Toğrul Habil oğlu Fərəczadə doğulduğu Ağsu rayonunda dəfn edilib. Şəhid Toğrul Fərəczadənin nəşi Ağsu rayonunun Bico kəndindəki məzarlıqda torpağa tapşırılıb. Şəhidin tabutunun büküldüyü Azərbaycanın üçrəngli bayrağı atasına təqdim edilib.
Şəhid Toğrul Fərəczadə 2012-ci ilin oktyabrında Ağsu rayonundan hərbi xidmətə yola salınıb və sonradan hərbçi kimi fəaliyyətini davam etdirib. O, cəbhənin Tərtər-Ağdərə istiqamətində, Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində döyüş tapşırığını yerinə yetirən zaman düşmən tərəfindən açılan atəş nəticəsində şəhid olub. Ermənistan-Azərbaycan cəhhə xəttində, döyüş meydanında qalan Toğrul Fərəczadənin nəşi aprelin 8-də Azərbaycan tərəfə təhvil verilib.
 
https://www.youtube.com/watch?v=OPSpVvkaJi8

Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN