2017-ci il üçün layihə müsabiqəsi

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi qeyri-hökumət təşkilatlarının fəaliyyətinin dəstəklənməsi məqsədi ilə 2017-ci il üçün müsabiqə elan edir

Tarix: 9-4-2016 // saat: 02:32
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi qeyri-hökumət təşkilatlarının fəaliyyətinin dəstəklənməsi məqsədi ilə 2017-ci il üçün müsabiqə elan edir
 Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 26 avqust 2014-cü il tarixli 292 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qeyri-hökumət təşkilatları tərəfindən mədəniyyət sahəsində keçirilən tədbirlərin dövlət maliyyələşdirilməsi Qaydası”nın 3-ci bəndinə uyğun olaraq, qeyri-hökumət təşkilatlarının mədəniyyət sahəsində fəaliyyətinin dəstəklənməsi məqsədi ilə 2017-ci il üçün Mədəniyyət və Turizm Nazirliyi müsabiqə elan edir.
Müsabiqədə iştirak etmək istəyən qeyri-hökumət təşkilatları 2016-cı ilin may ayının 01-dək ərizələrini müsabiqənin şərtlərinə uyğun aşağıdakı sənədlərlə birlikdə Nazirliyə təqdim etməlidir.
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Müsabiqə Komissiyasının sədrinə məktub;
QHT-nin dövlət qeydiyyatına alınması barədə hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti;
Tədbirin keçirilməsi nəzərdə tutulan mədəniyyət sahəsində mövcud vəziyyətin təhlili;
Tədbirlə bağlı qarşıya qoyulan vəzifələrin əhatə olunması və gözlənilən nəticələr barədə qısa məlumatlar;
Tədbirin keçiriləcəyi yer və tarix;
Tədbirin keçirilməsi ilə bağlı xərclər smetası (müvafiq hesablamalar və əsaslandırıcı sənədlərlə birlikdə);
Tədbirin təşkilatçıları və iştirakçıları ilə bağlı məlumatlar.
Ünvan:
AZ 1000, Bakı şəhəri, Hökumət Evi, Ü.Hacıbəyov küçəsi 40.
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi
İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsi
Qeyri-hökumət təşkilatları ilə iş sektoru
Əlaqələndirici şəxslər:
Rəşad Əliyev
Şahin Şahbazov
Email: qht.medeniyyet@gmail.com
Tel: (012) 498-79-53

Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN