Vəli Axundov - 100

2016-cı ilin may ayında Azərbaycanın görkəmli alimi və tanınmış ictimai-siyasi xadimi, akademik Vəli Yusif oğlu Axundovun anadan olmasının 100 illiyi tamam olur. 

Tarix: 8-4-2016 // saat: 13:24
2016-cı ilin may ayında Azərbaycanın görkəmli alimi və tanınmış ictimai-siyasi xadimi, akademik Vəli Yusif oğlu Axundovun anadan olmasının 100 illiyi tamam olur.  Azərbaycanın görkəmli ictimai-siyasi xadimi Vəli Yusif oğlu Axundov 1959-1969-cu (10 il) illərdə Azərbaycan SSR-yə rəhbərlik etmişdir. Vəli Axundov uzun illər dövlət idarəçiliyi sahəsində ən məsul vəzifələrdə çalışarkən təqdirəlayiq  fəaliyyət göstərmiş və tibb alimi kimi respublikada səhiyyə işinin təşkilinə töhfələr vermişdir. “Lenin” ordeni, II dərəcəli Vətən Müharibəsi ordeni,”Qırmızı Ulduz”  ordeni, müxtəlif  medallarlarla  təltif olunmuşdur. “Vəli Axundovun 100 illik  yubileyinin keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 15 Yanvar 2016-cı il tarixli Sərəncamına müvafiq olaraq 08 Aprel 2016-cı il tarixdə Ağsu rayon Mərkəzi kitabxanasında dəyirmi masa təşkil edilmişdir. Haqqında geniş fikir mübadiləsi aparılmış, gördüyü  işlər  yüksək qiymətləndirilmişdir. Çıxış edənlər belə bir fikir vurğulamışlar ki, görkəmli alimi və tanınmış ictimai-siyasi xadim, akademik Vəli Yusif oğlu Axundovun Azərbaycanda milli kadrların yetişdirilməsində, səhiyyənin inkişafında böyük xidmətləri vardır.

Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN