İşğal olunmuş torpaqlar bizi gözləyir

 Aprelin 7-də Ağsu rayon Mərkəzi kitabxanasında cəbhədə qələbə qazanan Azərbaycan Ordusuna dəstək məqsədilə  tədbir keçirilib. Əvvəlcə şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. 

Tarix: 8-4-2016 // saat: 12:35
Aprelin 7-də Ağsu rayon Mərkəzi kitabxanasında cəbhədə qələbə qazanan Azərbaycan Ordusuna dəstək məqsədilə  tədbir keçirilib. Əvvəlcə şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə çıxış edən MKS-nin direktoru Cəbrayıl Bədəlov aprelin 2-də işğalçı Ermənistan ordusunun ordumuzun mövqelərini, yaşayış məntəqələrimizin atəşə tutulmasına cavab olaraq Azərbaycan Silahlı Qüvvələrinin hücüma keçərək mühüm əhəmiyyət kəsb edən yüksəklikləri, bir neçə yaşayış məntəqəsini ələ keçirməsindən danışıb. Əsgərlərimizin qəhrəmanlığından danışan natiq Azərbaycan xalqının Respublikanın Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşdiyini, tezliklə bütün torpaqlarımızın azad olunacağını, buna qadir olan qüdrətli Ordumuzun olduğunu vurğulayıb. Çıxış edən Mədəniyyət və Turizm şöbəsinin müdiri Cavanşir Şeydazadə, rayon Mədəniyyət Mərkəzinin işçisi Mahir Məlikov, şəhər mədəniyyət evinin işçisi Əmrah Məmmədov, Mərkəzi kitabxananın işçiləri Yaqut Kərimli və Aygün Haşımova Azərbaycan Ordusunun gücünə inandıqlarını vurğuladılar, qəhrəman hərbiçilərimizə yeni-yeni zəfərlər arzuladılar. Çıxışlarda zaman-zaman erməni qəsbkarlarının xalqımıza qarşı törətdikləri soyqırımlarından, torpaqlarımızın 20 faizinin işğalından danışılıb, müasir müstəqil Azərbaycan ordusunun qüdrətindən bəhs edilib. Bildirilib ki, ağsulular düşmən tapdağı altında olan torpaqlarımızın azad olunacağı günü səbirsizliklə gözləyirlər.

Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN