Şamaxıda 31 Mart soyqırımı qurbanlarının xatirəsi anılıb

Tarix: 31-3-2016 // saat: 14:15
Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev, rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının kollektivləri, ərazi icra nümayəndələri və ictimaiyyət nümayəndələri Soyqırımı abidəsinin önünə gələrək tər çiçəklər düzərək qanlı hadisələrdə həlak olanların xatirəsini yad ediblər.
Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzində davam etdirilən tədbirdə iştirakçılar əvvəlcə 31 mart faciəsini əks etdirən rəsm sərgisinə baxıb, soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbirin sonunda 1918-ci ildə Şamaxıda törədilən qanlı hadisələrdən bəhs edən sənədli film və məktəblilərin ifasında ədəbi-bədii kompozisiya nümayiş etdirilib.
 

Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN