31 Mart-azərbaycanlıların soyqırım günü Mərkəzi kitabxanada anıldı

Tarix: 31-3-2016 // saat: 14:09
Azərbaycan müstəqillik qazandıqdan sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini yaratmaq imkanı əldə edildi. Uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulan həqiqətlər açıldı, təhrif edilən hadisələr əsil qiymətini aldı. Ümummilli lider Heydər Əliyev 1998-ci il martın 26-da imzaladığı fərmanla 31 mart Azərbaycanlıların Soyqırım günü elan edildi. Bununla da Azərbaycan tarixində erməni məsələsinə münasibətdə yeni strategiya müəyyənləşdi. Bu, həm də Azərbaycan xalqının əsrlər boyu üzləşdiyi mərhumiyyətlərə rəhbəri Heydər Əliyev olan dövlətin verdiyi əsil tarixi qiymət idi. Təsadüfi deyil ki, bu proses sonrakı mərhələdə Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdi. Azərbaycan Prezidentinin yürütdüyü uğurlu xarici siyasət nəticəsində artıq dünya və beynəlxalq təşkilatlar Ermənistanı işğalçı dövlət kimi tanıdı.30 Mart 2016-cı il tarixdə soyqırım günü ilə əlaqədar Mərkəzi kitabxanada “Ağsu qırğını: Erməni vəhşiliyi” mövzusunda tədbir keçirildi.Tədbiri giriş sözü ilə açan rayon MKS-nin direktoru Cəbrayıl Bədəlov 31 Mart-Azərbaycanlıların soyqrınm günü ilə əlaqədar tədbir iştirakçılarına məlu-mat verdi.Vurğuladı ki,rayonumuzun Ağsu şəhəri,Kalva, Dilman, Xatman, Suraxanı, Gürcüvan, Ağabəyli, Qaravəlli, Çaparlı, Nuran, Nüydü, Qəşəd və Bico kənd yaşayış məskən-lərinin əhalisi soyqırıma məruz qalmış,neçə-neçə dinc sakin erməni vəhşiliyinin qurbanı olmuşdur.Çıxış edən Taleh Mahmudov, Məhbubə Əhmədova, Aysel Əhmədova və Kərim Cavadov da 1918-ci ilin martında ermənilərin Ağsu ərazisində törətdikləri vəhşiliklər haqqında tədbir iştirakçılarına məlumat verdilər.Tədbirin sonunda iştirakçılar bu mövzuda təşkil olunmuş sərgisi və videoçarxa baxış keçirildi.

 

Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN