Kürdəmirin daha iki kəndinə ilk dəfə təbii qaz verilib

Tarix: 17-3-2016 // saat: 14:32
Rayonun Mehdili kənd inzibati ərazi dairəsinin Mehdili və Qoçulu kəndlərinin 177 abonent və 1264 nəfər əhalisinə ilk dəfə təbii qazın verilişi ilə əlaqədar açılış mərasimi keçirilib.
Tədbirdə Kürdəmir Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov, “Azəriqaz” İstehsalat Birliyi Ağsu regional qaz istismar idarəsinin rəisi Eldar Səlimzadə, kənd ağsaqqalları və ziyalıları, rayon ictimaiyyətinin nümayəndələri və kənd sakinləri iştirak ediblər.
Rayon mərkəzindən 57 km məsafədə yerləşən Mehdili və Qoçulu kəndlərinə təbii qazla təmin edilməsi məqsədi ilə ümumilikdə müxtəlif diametrli 30046 metr müxtəlif diametrli metal və polietilen boru quraşdırılıb..Mehdili kəndində mövcud olan 83, Qoçulu kəndində isə 94 fərdi mənzilin hər birinə “Elstr” G-4 markalı mexaniki qaz sayğacı və fərdi tənzimləyici quraşdırılıb.
Mərasimi giriş sözü ilə açan Rayon İcra Hakimiyyəti Başçısının müavini - sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Ağali Kərimli sakinləri təbrik edərək Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə, o cümlədən Kürdəmirdə həyata keçirilən sosial-iqtisadi layihələrdən, əhalinin sosial qayğılarının həllinə göstərilən diqqətdən danışıb.
Mərasimdə kənd ağsaqqalı Vahid Nəsirov, ziyalı Gülabbas Cəfərov, kənd qadınları adından Günay Hətəmova çıxış edərək əhalinin sosial ehtiyaclarının həllinə göstərdiyi diqqət və qayğıya görə ölkə Prezident cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
“Azəriqaz” İstehsalat Birliyi Ağsu regional qaz istismar idarəsinin rəisi Eldar Səlimzadə dövlətimizin başçısının tapşırığına əsasən respublikamızda bütün yaşayış məntəqələrinin “mavi yanacaq”la təminatı istiqamətində həyata keçirilən tədbirlərdən danışıb.
Tədbirdə çıxış edən Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov regionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramının Kürdəmir rayonunda uğurla icra edildiyini, bu işlərin görülməsi üçün kifayət qədər diqqət və qayğılar göstərən möhtərəm Prezident cənab İlham Əliyevə kürdəmirlilər adından minnətdarlığını bildirdi.Bugünkü əlamətdar hadisə və qarşıdan gələn Novruz Bayramı münasibətilə bütün kənd sakinlərini təbrik edən İcra başçısı “mavi alov”un hər bir ailəyə hərarət, bərəkət və xoşbəxtlik gətirməsini arzuladı. O qeyd edib ki, respublikamızda olduğu kimi rayonumuzun sosial-iqtisadi inkişafı, rayon mərkəzinin və kəndlərimizin infrastruktur cəhətdən yeniləşməsi gözlərimiz önündə baş verir. Hazırda Kürdəmir şəhəri də daxil olmaqla 62 yaşayış məntəqəsindən 49 yaşayış məntəqəsi üzrə 17391 abonet təbii qazdan istifadə edir. Bu da rayon əhalisinin 81,1 faizini təşkil edir. Mehdili və Qoçulu kəndləri artıq bizim 49-cu yaşayış məntəqəsidir ki, qazla təmin olunur. Rayonun Muradxan, Çöl-Qubalı, Qocalı, Beyi, Carlı, Mollakənd, Türkədi, Dayıkazımlı və Axtaçı-Qarabucaq kəndlərində müxtəlif diametrli qaz xətləri çəkilərək qazlaşma işləri davam etdirilir. Adı qeyd olunan kəndlərə qazın verilişi yaxın vaxtlarda təmin ediləcəkdir. 2015-ci ildə 22 kənd, cari ildə Mehdili və Qoçulu kəndləri artıq 5-ci kənddir ki mavi yanacaqla təmin edilir. Rayonda yalnız 4 kəndimiz qalır ki, bunlar Qarabucaq qəsəbə, Qarabucaq kənd, Qarasu və Qurdbayram kəndləridir ki, onların da qazlaşması 2016-cı ildə nəzərdə tutulub.
Sonda məşəl alovlandırılıb, kəndə təbii qaz verilib.
 

Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN