II Beynəlxalq Tərəkəmə Çərşənbəsi folklor festivalı

Tarix: 15-3-2016 // saat: 14:18
14-16 mart tarixlərində Ağsu rayonunun ən iri yaşayış məntəqələrindən olan Gəgəli kəndində MİRAS ictimai birliyinin təşkilatçılığı ilə II Beynəlxalq Tərəkəmə Çərşənbəsi folklor festivalı keçirilib. Tədbirdə İsmayıllı Dövlət Humanitar və Texnologiya kollecinin kollektivi də iştirak edib.Festivalda çıxış edən Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyev, Türkdilli Ölkələrin Parlament Assambleyasının baş katibi Yaandost Asanov, Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət işləri müdiri Murat Karaçanta, Misir Mədəniyyət Mərkəzinin sədri Əhməd Sami Elaydi, AMEA-nın müxbir üzvü Vəli Əliyev, professor Kübra Əliyeva, İsmayıllı Dövlət Humanitar və Texnologiya kollecinin direktor əvəzi Sevda Qasımova, “MİRAS” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri Fariz Xəlilli bu tədbirin türk dünyasının adət-ənənələrinin təbliğində, ümumən dünya xalqları arasında mədəni əlaqələrin qurulmasında, bəşəri dəyərlərin öyrənilməsində əhəmiyyətindən danışıblar. Festivalda Kollecin tələbələrinin əl işləri sərgilənib, çıxışları isə MİRAS ictimai birliyi və qonaqlar tərəfindən yüksək qiymətləndirilərək, sertifikatlarla təltif olunublar. 

Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN