Kürdəmirdə Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib

Tarix: 8-3-2016 // saat: 12:55
Bayram mərasimində çıxış edən Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov bu əlamətdar gün münasibəti ilə qadınları və onların simasında rayonun bütün qadınlarını, analarını təbrik edib, onlara xoşbəxtlik və sadət arzulayıb. O qeyd edib ki, Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Millət vəkili Mehriban xanım Əliyevanın mənalı həyat və çoxşaxəli fəaliyyəti əsil nümunədir. Azərbaycanın birinci xanımının fədakarlığından ilham alan Kürdəmir rayonunun qadınları da, uşaqlarının tərbiyyəsində, sosial-iqtisadi həyatda, sosial və mədəni quruculuq tədbirlərinin həyata keçirilməsində fəal iştirak edirlər. Ceyhun Cəfərov bildirib ki, qadınlar bu gün ictimai-siyasi proseslərdə fəal olmaqla yanaşı dövlət qurumlarında da lazımi səviyyədə təmsil olunurlar. Xüsusilə, rayonda yaşayan qadınlar öz səmərəli ictimai, sosial fəaliyyətləri ilə, daim öz öncüllükləri ilə seçilirlər.
Tədbirdə Kürdəmir rayon İcra Hakimiyyəti Başçısı adından bir qrup qadına rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə Fəxri Fərmanlar təqdim edilib.
Maraqlı keçən mərasimdə anaların, qadınların şərəfinə şeirlər, mahnılar səslənib. Tərtib olunmuş rəngarəng konsert proqramı qadınların məclisini daha da rövnəqlədirib.
Mərasim iştirakçıları ölkəmizdə qadınlara , analara göstərdikləri yüksək diqqət və qayğılara görə Respublika Prezidenti İlham Əliyev cənablarına və onun xanımı Mehriban Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.
 

Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN