8 Mart Beynəlxalq Qadınlar günü münasibətilə təşkil olunmuş təntənəli bayram tədbiri

Tarix: 8-3-2016 // saat: 12:51
İsmayıllıda 8 Mart Beynəlxalq Qadınlar günü münasibətilə Rayon İcra Hakimiyyətinin xanımları RİH başçısı Mirdaməd Sadıqov təbrik edərək onlara can sağlığı uzun ömür arzuladı. Sonra tədbir “Qala” şadlıq sarayında davam etdirildi. Rayonun İctimai –mədəni həyatında fərqlənən 150 nəfər xanımının iştirak etdiyi bayram tədbiri Prezident İlham Əliyevin Azərbaycan qadınlarına təbrikinin oxunması ilə başlandı.
Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov cəmiyyətdə və ailədə qadınların rolundan danışdı, onların ictimai həyata , ailəyə mənəvi dayaq olduqlarını söylədi.O, vurğuladı ki, ümummilli lider Heydər Əliyev daim qadınlarımızın zəhmətini, cəmiyyət həyatının müxtəlif sahələrində fəaliyyətini yüksək qiymətləndirmiş, onlara hər zaman böyük hörmətlə yanaşmışdır. Qeyd etdi ki, Prezident İlham Əliyevin yürütdüyü siyasət nəticəsində bu gün qadınlara ictimai həyatın bütün sahələrində bərabər imkanlar yaradılmışdır. Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Aydın Əsədov,RTŞ-nin müdiri Rasim Orucov, musiqi-incəsənət məktəbinin müəllimi Ceyran Məmmədova təbrik nitqi söyləyərək qadınları təbrik etdilər.
Bədii hissə ilə davam edən bayram tədbirində “Niyal” ansamblının üzvləri mahnılar ifa etdilər. Həmçinin milli geyimlərdən ibarət moda kolleksiyası nümayiş etdirildi.
 

Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN