Kürdəmirdə 17 mindən çox sakin tibbi müayinədən keçib

Tarix: 4-3-2016 // saat: 12:38
Ölkə Prezidenti cənab İlham Əliyevin əhalinin tibbi müayinədən keçirilməsi ilə bağlı verdiyi tapşırığa əsasən, respublikamızın hər yerində olduğu kimi, Kürdəmir rayonunda da tədbirlər planına uyğun olaraq fevralın 15-dən əhalinin ümumi tibbi-profilaktik müayinəsi aparılır.
İki həftə ərzində 17 min 269 nəfər müayinədən keçib. Hər gün orta hesabla 1150-1200 nəfər müayinə olunur. Müayinədən keçənlərdən 1135 nəfəri ambulator, 186 nəfəri stasionar müalicəyə cəlb edilib. 64 nəfər isə Bakı şəhərinə ixtisaslaşmış klinikalara göndərilib.
Sakinlərin tibbi müayinəsi mərkəzi rayon xəstəxanasında, poliklinika şöbəsində, uşaq xəstəxanasında, Karrar və Mollakənd kənd xəstəxanalarında, habelə 13 həkim ambulatoriyasında aparılır. İxtisaslı həkimlərdən təşkil olunan səyyar briqada da hər gün qrafik üzrə yerlərdə olur, imkanı olmayan vətəndaşları evlərində müayinədən keçirirlər.
Sakinlər yaradılan şəraitə görə dövlətimizin başçına minnətdarlıqlarını bildirirlər.
 

Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN