Kürdəmirin Sovla kəndinə ilk dəfə təbii qaz verilib

Tarix: 3-3-2016 // saat: 14:11
Fevralın 25-də rayonun Köhünlü kənd inzibati ərazi dairəsinin 164 abonenti və 1267 nəfər əhalisi olan Sovla kəndinə təbii qazın verilişi ilə əlaqədar açılış mərasimi keçirilib.
Tədbirdə Rayon İcra Hakimiyyəti Başçısı Ceyhun Cəfərov, “Azəriqaz” İstehsalat Birliyi Ağsu regional qaz istismar idarəsinin rəisi Eldar Səlimzadə, rayon ictimaiyyətinin nümayəndələri və kənd sakinləri iştirak ediblər.
Kürdəmir rayonunun ən ucqar yaşayış məntəqələrində olan Sovla kəndinin qazlaşdırılması üçün 26805 metr müxtəlif diametrli metal və polietilen borulardan istifadə edilib. Bütün mənzillərə qaz sayğacı və fərdi tənzimləyici quraşdırılıb.
Mərasimi giriş sözü ilə açan Rayon İcra Hakimiyyəti Başçısının müavini - sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Ağali Kərimli sakinləri təbrik edərək Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə, o cümlədən Kürdəmirdə həyata keçirilən sosial-iqtisadi layihələrdən, əhalinin sosial qayğılarının həllinə göstərilən diqqətdən danışıb.
Mərasimdə çıxış edən kənd ağsaqqalı Fikrət Cəfərov, ziyalı Ağasəf Əzizov, kənd sakini Aygün Əzizova əhalinin sosial ehtiyaclarının həllinə göstərdiyi diqqət və qayğıya görə ölkə Prezident cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
“Azəriqaz” İstehsalat Birliyi Ağsu regional qaz istismar idarəsinin rəisi Eldar Səlimzadə dövlətimizin başçısının tapşırığına əsasən respublikamızda bütün yaşayış məntəqələrinin “mavi yanacaq”la təminatı istiqamətində həyata keçirilən tədbirlərdən danışıb.
Tədbirdə çıxış edən Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov rayonda sosial-iqtisadi sahələrdə qazanılan uğurları dövlətimizin başçısının regionlara, o cümlədən Kürdəmirə göstərdiyi diqqət və qayğının nəticəsi kimi dəyərləndirib. Bu gün Ulu Öndərimizin siyasi-iqtisadi kursunun ən layiqli davamçısı, Ölkə Prezidenti Cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın yeni neft-qaz konsepsiyasının gerçəkləşməsi yolunda böyük işlər görməkdədir. Neft-qaz sektorunun dövlət idarəetməsində köklü iqtisadi islahatların aparılması daima Respublika rəhbərliyinin nəzarətində olmaqla uğurla davam etdirilir. Ölkə Prezidentinin bu yüksək diqqət və qayğısı rayonumuzda da öz həllini tapmaqdadır. Hazırda Kürdəmir şəhəri də daxil olmaqla 62 yaşayış məntəqəsindən 46 yaşayış məntəqəsi üzrə 16907 abonet təbii qazdan istifadə edir. Bu da rayon əhalisinin 78,8 faizini təşkil edir. Sovla kəndi artıq bizim 46-cı yaşayış məntəqəsidir ki, qazla təmin olunacaq. Rayonun Muradxan, Çöl-Qubalı, Qocalı, Beyi, Carlı, Mollakənd, Türkədi, Mehdili, Qoçulu, Dayıkazımlı, Axtaçı-Qarabucaq və Pirili kəndlərində müxtəlif diametrli qaz xətləri çəkilərək qazlaşma işləri davam etdirilir. Bu da o deməkdir ki, hal-hazırda rayonun 12 yaşayış məntəqəsində bu işlər davam etdirilir. Adı qeyd olunan kəndlərə qazın verilişi yaxın vaxtlarda təmin ediləcəkdir. Qeyd etmək istəyirəm ki, 2015-ci ildə 22 kənd mavi yanacaqla təmin edilib. Rayonda yalnız 4 kəndimiz qalır ki, bunlar Qarabucaq qəsəbə, Qarabucaq kənd, Qarasu və Qurdbayram kəndləridir ki, onların da qazlaşması 2016-cı ildə nəzərdə tutulub.
Sonda məşəl alovlandırılıb, kəndə təbii qaz verilib.
 

Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN