Əmlak Məsələləri Dövlət Komitəsin sədri Kərəm Həsənov Qobustanda

Tarix: 28-2-2016 // saat: 13:45
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu davam etdirirlər.
Əmlak Məsələləri Dövlət Komitəsin sədri Kərəm Həsənov fevralın 27-də Qobustanda növbəti vətəndaş qəbulu keçirib. Qəbulda Qobustan, Şamaxı və Ağsu rayonlarından olan vətəndaşların müraciətlərinə baxılıb.
Qəbulda müxtəlif sosial təbəqədən və yaş həddindən olan vətəndaşlar iştirak edərək komitə sədrinə müraciətlərini bildiriblər. Vətəndaşların müraciətləri, əsasən daşınmaz əmlakın qeydiyyatı, o cümlədən torpaq sahələrinin dövlət qeydiyyatı barədə olub. Bir çox vətəndaş onlara ayrılmış torpaq sahələri, fərdi həyət evləri və mənzillər, o cümlədən digər daşınmaz əmlaklara dövlət qeydiyyatı sənədlərinin alınması ilə bağlı müraciət ediblər. Eyni zamanda, bir sıra müraciətlər pay torpaqlarının, kənd təsərrüfatı təyinatlı torpaqların dövlət reyestrində qeydiyyatı ilə bağlı olub. Bir neçə vətəndaş isə dövlət əmlakının özəlləşdirilməsi və icarəsi ilə bağlı müraciət edib. Həmçinin, vətəndaşlar işlə təmin olunma və digər məsələlərlə bağlı kömək göstərilməsi barədə xahişlərini də çatdırıblar.
Qəbulda səsləndirilən bir sıra müraciətlərin dərhal həlli üçün komitə sədri tərəfindən göstərişlər verilib. Vətəndaşlara onların müraciətləri ilə bağlı mövcud qanunvericiliyin tələbləri çatdırılıb. Araşdırılması zəruri olan müraciətlər isə qeydiyyata alınıb. Komitənin səlahiyyətinə aid olmayan müraciətlərin isə aidiyyəti üzrə çatıdırılacağı vətəndaşlara bildirilib.
Torpaqlardan təyinatı üzrə istifadə məsələlərinə toxunan komitə sədri torpaqların təyinatı ilə bağlı qanunvericiliyə riayət olunması istiqamətində tədbirlərin gücləndirildiyini deyib. Bakı və regionlarda monitorinqlər həyata keçirilir. Məqsəd respublikada dövlət, bələdiyyə və özəl mülkiyyətə münasibətdə hüquqların və mənafelərin daha səmərəli təmin olunmasıdır.
K.Həsənov fəaliyyət sahələri üzrə göstərilən xidmətlərdə maksimum məmnunluğun və çevikliyin təmin olunması məqsədilə bütün zəruri tədbirlərin görülməsi barədə tapşırıqlar verib. Komitənin struktur və qurum rəhbərlərinə vətəndaş müraciətlərinə həssas yanaşılması, qanunvericiliyə əsasən operativ cavablandırılması tapşırılıb. Komitə sədrinin rahatlıq, əlçatanlıq və şəffaflığın artırılması istiqamətində müntəzəm işlərin həyata keçirilməsi barədə tapşırıqları da olub.
Qəbul günü birbaşa müraciət edən vətəndaşlar da komitə sədri tərəfindən qəbul edilib. Onların müraciətlərinə baxılıb və həlli istiqamətində zəruri tapşırıqlar verilib.
 

Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN