Kürdəmir rayonunun torpaq mülkiyyətçiləri bir neçə gündür yazlıq kartof əkini kampaniyasına başlayıblar

Tarix: 29-2-2016 // saat: 13:37
Rayon icra hakimiyyəti xəbər verir ki, ötən il 1214 hektarda kartof əkən və 13535 ton məhsul istehsal edən sahibkarlar cari mövsümdə əkin sahələrini 1300 hektaradək genişləndirmək niyyətindədirlər. Bu məqsədlə kifayət qədər toxum tədarük olunub.
Rayonda hər gün orta hesabla 60-70 hektarda kartof əkilir. Kampaniya kartofçuluğun geniş yayıldığı Kürqırağı ərazilərdə, o cümlədən Axtaçı, Mehdili, Qocalı, Köhünlü və bir sıra digər ərazi vahidlərində daha sürətlə davam etdirilir.
 

Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN