Xocalı faciəsinin 24-cü ildönümünə həsr olunmuş hekayə müsabiqəsi

Tarix: 26-2-2016 // saat: 10:43
İsmayıllı Peşə Tədris Mərkəzində rayon Gənclər və İdman İdarəsi tələbələr arasında Xocalı Soyqrımının 24-cü il dönümünə həsr olunmuş hekayə müsabiqəsi keçirib.
Tədbiri İsmayıllı rayon Gənclər və İdman İdarəsinin əməkdaşı Şəhla Qafarova açaraq müsabiqənin mahiyyətindən, Xocalıda baş verən erməni vəhşiliklərindən, onların törətdiyi fəlakətin mənəviyyatımıza, mədəniyyətimizə, millətimizə vurduğu zərbələrdən danışdı.
10 tələbənin iştirak etdiyi müsabiqədə duyğuların, emosiyaların tarıma çəklidiyi bir şəraitdə hekayələr qələmə alındı .
Yazılar müsabiqə komissiyasına təqdim olundu.
Komissiya üzvlərinin yekun qərarına əsasən birinci yerə İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin tələbəsi Tağılı Sübhan, II yerə Peşə Tədbirs Mərkəzinin şagirdi Yusifova Nataşa, III yerə İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin tələbəsi Yusifova Gülnarə layiq görüldülər. Qaliblər rayon Gənclər və İdman İdarəsinin diplomları və qiymətli hədiyyələri ilə təltif olundu.
 

Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN