“Xocalıya çalınan layla” adlı ədəbi – bədii tədbir

Tarix: 25-2-2016 // saat: 10:37
Kürdəmir rayon Mərkəzi Kitabxanasında Xocalı faciəsinin 24-ci ildönümünə həsr olunmuş “Xocalıya çalınan layla” adlı ədəbii – bədii tədbir təşkil edilib.
Tədbir iştirakçıları əvvəlcə Xocalı şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Sonra MKS – in direktor müavini İradə Mahmudova tarixdə analoqu olmayan, ötən əsrin sonunda dünyanın gözü qarşısında baş verən Xocalı soyqırımını yalnız soydaşlarımıza deyil, bütövlükdə bəşəriyyətə qarşı törədilmiş cinayət olduğunu bildirib. Qeyd edib ki, Xocalı faciəsi iki yüz ilə yaxın müddətdə erməni şovinist-millətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı, ən qanlı səhifəsidir.
Tədbirdə hemçinin Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimayyətinə çatdırılmasının vacibliyi vurğulanıb.
Kitabxananın oxucularının ifasında “Xocalı faciəsini unudulmayacaq!” adlı səhnəcik, Xocalı faciəsini əks etdirən video çarxlar, kitab sərgisi, vətənpərvərlik mövzusunda şeirlər və mahnılar təqdim edilib.
 

Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN