Kürdəmirdə Xocalı faciəsi qurbanlarının xatirəsi anılıb

Tarix: 25-2-2016 // saat: 13:55
Kürdəmir Mərkəzi Rayon Xəstəxanasının akt zalında rayonun səhiyyə işçilərinin iştirakı ilə Xocalı soyqırımına həsr olunan anım tədbiri keçirilib .
Tədbir iştirakçıları əvvəlcə faciə qurbanlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Kürdəmir Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Məhəmməd Musayev Xocalı faciəsinin törədilməsi səbəblərindən , tarixən ermənilərin azərbaycanlılara və türklərə qarşı törətmiş olduqları soyqırıma Ulu öndər Heydər Əliyevin 1998-ci il 26 mart tarixli fərmanı ilə siyasi qiymət verdiyindən, eləcədə ölkə başçısı cənab İlham Əliyevin bu sahədə apardığı uğurlu siyasətdən ətraflı sohbət açdı.
Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyəti Başçısının müavini Vəsilə Əsgərli Xocalı soyqırımının Azərbaycan tarixinin ən dəhşətli və faciəli səhifələrindən biri olduğunu söyləyib. Xocalı soyqırımına ilk dəfə hüquqi qiymətin Ümummilli Lider Heydər Əliyev tərəfindən verildiyini, 1994-cü il fevralın 24-də Ulu Öndərin imzaladığı Fərmanla həmin günün xalqımıza qarşı törədilmiş soyqırımı aktı kimi qeyd edilməyə başlandığını bildirib. Hazırda bu proses Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilmişdir. Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində artıq bir sıra beynəlxalq təşkilatlar qəbul etdiyi sənədlərdə Ermənistan işğalçı dövlət kimi göstərilmişdir. Xocalı həqiqətlərinin dünyaya çatdırılması, beynəlxalq aləmdə yayılması, eləcə də bu soyqırımına obyektiv qiymət verilməsi istiqamətində davamlı olaraq addımlar atılmışdır.Bu baxımdan, Heydər Əliyev Fondu, xüsusilə fondun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın gördüyü işlər olduqca təqdirəlayiqdir. Belə ki, fond bəşəriyyətin ən dəhşətli faciələrindən olan Xocalı soyqırımı haqqında faktların dünyaya çatdırılması istiqamətində çox sistemli və ardıcıl fəaliyyət göstərir.
Çıxış edənlər şəhidlərin qanının yerdə qalmayacağına, erməni quldurları tərəfindən işğal olunmuş torpaqlarımızın tezliklə geri qaytarılacağına əminliklərini bildiriblər.
 

Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN