Kürdəmirdə cins heyvanların sayı sürətlə artırılır

Tarix: 19-2-2016 // saat: 12:56
Kürdəmir rayonunda aqrar sektorun aparıcı sahələrindən olan heyvandarlığın dinamik inkişafı, iribuynuzlu mal-qaranın cins tərkibinin daha da yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilir.
Rayon icra hakimiyyətindən verilən məlumatda bildirilir ki, son vaxtlar lizinq yolu ilə alınan 217 baş cins düyə artırılaraq 560 başa çatdırılıb.
Məhsuldar cins heyvanların süni mayalandırma yolu ilə artırılması da diqqət mərkəzindədir. Bu məqsədlə rayonda 8 nəfər süni mayalandırma texniki fəaliyyət göstərir. Təkcə son bir ildə həmin texniklər tərəfindən 769 baş iribuynuzlu mal-qara süni mayalandırılıb. Bu müddətdə 628 baş cinsi yaxşılaşdırılmış bala alınıb.
 

Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN