Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) sədri Kərəm Həsənovun Qobustanda qəbul vaxı dəyişdirilib

Tarix: 17-2-2016 // saat: 15:58
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) sədri Kərəm Həsənovun fevralın 19-da Qobustan rayonunda keçirəcəyi vətəndaş qəbulunun vaxtı dəyişdirilərək fevralın 27-nə keçirilib.
Komitədən AZƏRTAC-a bildirilib ki, Qobustan, Şamaxı, Ağsu rayonlarında yaşayan vətəndaşların qəbulu günündə yalnız komitənin fəaliyyət sahələrinə aid müraciətlərə baxılacaq.
Qəbula yazılmaq istəyən vətəndaşlar komitənin office@emdk.gov.az elektron ünvanına müraciət edə bilərlər. Eyni zamanda, Komitənin Aparatı: (012) 490 24 08 (daxili 105 və 349); Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı ərazi idarəsi: 020-24 (5-29-93), 020-26 (5-01-08) nömrələri ilə əlaqə saxlamaq mümkündür.
 

Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN