Göyçay rayon sakini bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.
Hadisə Göyçayın Bəydövül kəndində qeydə alınıb. Kənd sakini 1947-ci il təvəllüdlü Əli Xudiyev yaşadığı evin həyətində kəsilərək yerə yıxılan qovaq ağacının altında qalaraq ölüb
İri gövdəli ağac Əli Xudiyevin oğlu və qonşuların birgə iştirakı ilə kəsilib. Onlar 69 yaşlı kişinın bağda gəzişərək kəsilən ağaca yaxınlaşmasından xəbərsiz olublar və qəflətən yıxılan ağac bədbəxt hadisəyə səbə olub. Mərhumun meyidi müayinə üçün Respublika Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Göyçay rayon şöbəsinə aparılıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə baxış keçirib.
Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.