Ağsu rayonunda bütün yaşayış məntəqələrinin “mavi yanacaq”la təminatı istiqamətində tədbirlər davam edir

Tarix: 13-2-2016 // saat: 12:19
Fevralın 13-də rayonun daha iki yaşayış məntəqəsinə - ümumilikdə, 1067 nəfər əhalinin yaşadığı Cəfərli və Hacıuşağı kəndlərinə təbii qaz verilib. Beləliklə də, Ağsuda “mavi yanacaq”la təmin edilən kəndlərin sayı 59-a çatıb.
Cəfərli və Hacıuşağı kəndlərinin qazlaşdırılması üçün 29,4 kilometr müxtəlif diametrli polietilen və metal borularla magistral və kəndarası qaz xətti çəkilib, 189 “smart-kart” tipli sayğac, habelə, fərdi tənzimləyici quraşdırılıb.
“Mavi yanacağ”ın verilməsi ilə əlaqədar Cəfərli kəndində mərasim keçirilib.
Açılış mərasimindəki çıxışlarda Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə, o cümlədən Ağsuda reallaşdırılan sosial layihələrdən, insanların həyat səviyyəsinin yüksəldilməsi istiqamətində görülən işlərdən danışılıb. Məlumat verilib ki, rayonda 79 kənd var. Bu il rayonun bütün yaşayış məntəqələri təbii qazla təmin olunacaq. Hazırda bu istiqamətdə işlər davam etdirilir.
Yerli sakinlər göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Sonra rəmzi məşəl alovlandırılıb, kəndlərə təbii qaz verilib.
 

Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN