Gürcüvan (Xanbulaq)

Tarix: 9-12-2014 // saat: 09:44
Ağsu rayon mərkəzindən 13 km şimalda yerləşən Gürcüvan kəndini XVIII əsrdə Gürcüstanın Qurcaani rayonundan gəlmə erməni ailələri qədim Xanbulaq adlı yerdə salmışlar və gəldikləri ərazini Gürcüvan adlandırmışlar. Gürcüvan XIX əsrdə çar dövründə geniş üzüm bağları ilə tanınırdı.Gürcüvan və Mədrəsə şərabları şirvanın ən yaxşı şərabları olub,dünyada məşhur idi. 1821-ci il məlumatma görə 41 ailəlik nüfusa malik Gürcüvan kəndi şirvan əyalətinin Houz mahalına, sonralar isə şamaxı qəzasının Houz dairəsinə daxil olmuşdur.1887-ci ildə Gürcüvan kəndində kənd məktəbi açılmışdır.1988-ci ildə ermənilər kəndi tərk etdikdən sonra 1989-cu ildə kənddə Özbəkistandan qovulan türklər məskunlaşdılar. 1990-cı ildə kəndin adı dəyişdirilərək qədim adı - Xanbulaq ilə adlandırıldı.

Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN