Təhsil naziri Qobustanda vətəndaşları qəbul edib

Tarix: 9-2-2016 // saat: 18:06
Təhsil naziri Mikayıl Cabbarov Qobustan rayonunun Gənclər Mərkəzində Şamaxı, İsmayıllı, Ağsu və Qobustan rayonlarından olan sakinləri qəbul edib. Vətəndaşların əsasən işə qəbul, xaricdə təhsil, təhsil haqqı ilə əlaqədar müraciətinə baxılıb. Hər müraciət diqqətlə dinlənilib, əksər məsələlər yerində həllini tapıb.
Bir sıra müraciətlərlə bağlı nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilib. Bəzi vətəndaşların nazirliyin səlahiyyətlərinə aid olmayan və ya şəxsi xarakter daşıyan müraciətləri isə, müvafiq qurumlara çatdırılmaq üçün qeydə alınıb.
 

Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN