Göyçay rayonunda kənd təsərrüfatı və ərzaq məhsullarının satış yarmarkası

Tarix: 8-2-2016 // saat: 13:20
Rayonda süni qiymət artımın qarşısının alınması məqsədilə Göyçay şəhərinin mərkəzi küçəsində təşkil edilən yarmarkada 10-a yaxın yerli istehsal müəssisəsi və şirkət alıcılara bazar qiymətindən aşağı ərzaq malları, un, quş əti, yumurta, balıq və digər kənd təsərrüfatı məhsulları təqdim edib. Həmçinin, 100-ə yaxın kəndli özünün yetişdirdiyi meyvə-tərəvəz və süd məhsullarını, mal və qoyun ətini, bal və bostan məhsullarını yarmarkaya çıxarıb.

Rayon sakinləri də bu yarmarkada fəal iştirak ediblər. Aksiyada sakinlərin alıcılıq qabiliyyəti yüksək olub. Göyçaylılar məhsul yarmarkasının təşkilindən və qiymətlərin sərfəli olmasından razılıq ediblər. Sakinlər belə yarmarkaların təşkilinin davamlı olmasını arzu ediblər.

Rayon İcra Hakimiyyətinin şöbə müdiri Rəşad Şükürov bildirib ki, Göyçayda kənd təsərrüfatı məhsullarının satışı yarmarkası ənənəvi olaraq hər həftənin şənbə günü təşkil ediləcək. Bu yarmarkada gün ərzində satışa bir ton mal əti, 800 kiloqram qoyun əti, 2 ton meyvə, 3 ton tərəvəz, 2 ton bostan məhsulları çıxarılıb. Yarmarkada alıcılara çəkisi 50 kiloqram olan bir kisə un 21 manata, bir ədəd yumurta 12 qəpiyə, ev quşları 3 manat 50 qəpiyə, bir kiloqram mal əti 5 manata, bir kiloqram qoyun əti 6 manata, bir kiloqram balıq 2-3 manata müştərilərə təqdim edilib. Yarmarkada qiymətlər bazarla müqayisədə 30 faiz ucuz olub.

 

Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN