Kürdəmir şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin hesabat yığıncağı keçirilib

Tarix: 30-1-2016 // saat: 18:20
Hesabat məruzəsi ilə çıxış edən Kürdəmir şəhər inzibati ərazi nümayəndəsi İlqar Salmanov 2015-ci ildə görülən işlər və 2016-cı ildə qarşıda duran vəzifələr barədə yığıncaq iştirakçılarına ətraflı məlumat verib. Məruzədə qeyd olunub ki, hesabat ilində rayonda tikinti, quruculuq və abadlıq işləri geniş vüsət almış , şəhərin küçə meydanlarının abadlaşdırılması ilə bağlı təxirə salınmaz tədbirlər gerçəkləşdirilmişdir.
Kürdəmir Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov çıxış edərək Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının ikinci ilinin yekunlarına həsr olunan konfransın işi, ölkə rəhbərinin dövlət qurumları və yerli İcra strukturları qarşısında qoyduğu vəzifələr barədə məlumat verərək regionların sosial-iqtisadi inkişafının, əhalinin həyat səviyyəsinin yüksəldilməsinin və yeni iş yerlərinin açılmasının Respublika Prezidenti cənab İlham Əliyev tərəfindən daim diqqət mərkəzində saxlanıldığını , bu işlərin sistemli şəkildə aparıldığını, sosial-iqtisadi tərəqqinin bundan sonra da, bütün sahələri əhatə edəcəyini bildirdi. Rayon rəhbəri 2015-ci ildə rayonda sosial-iqtisadi sahədə görülmüş işləri geniş şərh edərək 2016-cı ildə həyata keçiriləsi layihələr barədə ətraflı məlumat verib. Ceyhun Cəfərov qeyd edib ki, 2015-ci ildə rayonda xeyli işlər görülmüş, irimiqyaslı abadlıq-quruculuq işləri həyata keçirilib. O bildirdi ki, dövlət başçısının bütün tövsiyyə və tapşırlıqları rayon rəhbərliyi tərəfindən uğurla icra olunur, rayon sakinləri öz fədakar əməyi ilə, dövlətimizə və dövlətçiliyimizə sədaqətini nümayiş etdirirlər.Möhtərəm Prezidentin rayonuna göstərdiyi qayğı və diqqət, aparılan sistemli iş, inkişafın yeni hədəflərinin müəyyən edilməsi onu deməyə əsas verir ki, 2016-cı ildə nailiyyətlərimiz daha da, artacaq, rayon daha da, abadlaşacaq, əhalinin rifah halı gündən-günə yüksələcəkdir.
Tədbirdə mövcud problemlərdən danışılıb, sakinləri maraqlandıran suallar cavablandırılıb, bir sıra müraciətlərin həlli ilə bağlı müvafiq təkliflər verilib.


 

Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN