Ədliyyə Naziri Qobustan rayonunda vətəndaşların qəbulunu keçirib

Tarix: 29-1-2016 // saat: 15:10
Qobustanla yanaşı Şamaxı və Ağsu rayonlarından olan sakinlər də, qəbul edilibib.Ədliyyə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, qəbuldan əvvəl nazir Fikrət Məmmədov və Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək Ulu Öndərin əziz xatirəsinə dərin ehtiramlarını bildiriblər.
Gün ərzində qəbul zamanı ədliyyə və məhkəmə fəaliyyəti, habelə digər müxtəlif məsələlərlə bağlı hər bir vətəndaş diqqətlə dinlənilib. Müraciətlərdə qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb. Digər müraciətlər üzrə qəbulda iştirak edən nazirliyin aidiyyəti məsul işçilərinə müvafiq tapşırıqlar verilib. Eyni zamanda, ədliyyə və məhkəmə fəaliyyətinə aid olmayan digər məsələlərlə bağlı müraciətlərə baxılıb, onların araşdırılması üçün aidiyyəti üzrə göndərilməsi təmin olunub.
Vətəndaşlar bölgə sakinlərinin yerində qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edərək, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.
Səfər zamanı nazir yerli məhkəmə və ədliyyə orqanlarının fəaliyyəti və iş şəraiti ilə tanış olub. Hakimlər və ədliyyə işçiləri ilə görüşərək Azərbaycan Prezidentinin korrupsiyaya şərait yaradan halların aradan qaldırılması, şəffaflığın artırılması, qərarların ədalətliliyinin təmin edilməsi, eləcə də, qərəzli yanaşmanın yolverilməzliyi, vətəndaş-məmur münasibətlərinin sağlam zəmində qurulması, insanlara layiqli xidmət göstərilməsi, etik davranış qaydalarına ciddi riayət olunması ilə bağlı tələblərini diqqətə çatdırıb, aidiyyəti tövsiyə və tapşırıqlarını verib.
 

Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN