İsmayıllı rayonunun Qurbanəfəndi kəndinə təbii qaz verilib

Tarix: 29-1-2016 // saat: 15:08
SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi tərəfindən respublika ərazisində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində görülən məqsədyönlü tədbirlər davam edir. Yanvarın 28-də İsmayıllı rayonunun Qurbanəfəndi kəndinə təbii qaz verilib.
243 abonenti olan Qurbanəfəndi kəndinin yenidən qazlaşdırılması zamanı birpilləli sistem əsasında 12 455 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib. Hər bir abonent üçün ayrıca sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Bu münasibətlə keçirilən mərasimdə rayon icra hakimiyyətlinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak edib.
 

Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN