Kürdəmir RIH-nin Başçısı Ceyhun Cəfərovun Şilyan kəndində əhali ilə səyyar qəbulu-görüşü keçirilib

Tarix: 27-1-2016 // saat: 12:15
Şilyan kənd inzibati ərazi dairəsinin nümayəndəsi Fizuli Hidayətov kənddə mövcud olan sosial obyektlərin vəziyyəti haqqında danışaraq, bir sıra sosial yönümlü problemləri diqqətə çatdırıb.
Səyyar qəbulda iştirak edən kənd sakinləri Şərbala Mirzəliyev, Allahyar Veyisov, Malik Həşimov, Şakir Teyyubov və digərləri çıxış edərək Azərbaycan Prezidenti cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi inkişaf proseslərindən söhbət açaraq ölkə rəhbərliyinin həyata keçirdiyi siyasi kursu tamamilə dəstəklədiklərini və qazanılan uğurlarla fəxr etdiklərini söyləyiblər. Qəbulda kənd sakinlərinin təbii qaz, enerji və su təchizatı, sosial müdafiə, səhiyyə, məşğulluq məsələləri ilə əlaqədar təklifləri və şikayətləri diqqətə çatdırıldı, onların hər biri barədə aidiyyatı təşkilatların rəhbərinə tapşırıqlar verildi, qaldırılmış məsələlərin çoxu elə qəbul zamanı öz həllini tapıb.
 

Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN