20 yanvar - tarixin qan yaddaşı

Muzeyin elmi-kütləvi şöbəsinin müdiri Dilşad Ağamalıyeva tədbir-sərginin 20 yanvar faciəsinin iyirmi altıncı ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planına əsasən təşkil edildiyini söyləyib, hadisəyə dair məruzə edib.

Tarix: 20-1-2016 // saat: 17:18
Seyid Əzim Şirvani adına Şamaxı Tarix-Diyarşünaslıq Muzeyində 20 yanvar faciəsinin 26-cı ildönümünə həsr olunmuş “20 yanvar tarixin qan yaddaşı” adlı tədbir-sərgi keçirilib.
Muzeyin elmi-kütləvi şöbəsinin müdiri Dilşad Ağamalıyeva tədbir-sərginin 20 yanvar faciəsinin iyirmi altıncı ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planına əsasən təşkil edildiyini söyləyib, hadisəyə dair məruzə edib.
Tədbir iştirakçıları 20 Yanvar faciəsinə həsr olunmuş video materiallara baxıblar.
Şamaxı İncəsənət Mərkəzi Rəssamlıq şöbəsinin şagirdlərinin 20 yanvara həsr olunmuş rəsm əsərləri sərgilənib.
Mərasimdə Avropa liseyi və şəhər 9 saylı tam orta məktəbin şagirdlərinin hazırladığı bədii kompozisiya nümayiş olunub.

Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN