20 yanvar - Azərbaycan xalqı şəhidlərin parlaq xatirəsini ehtiramla yad edir

Tarix: 20-1-2016 // saat: 14:00
Hər il yanvarın 20-də olduğu kimi, bu gün də, paytaxtla yanaşı bölgələrdə - Ağsu,Kürdəmir, İsmayilli,Şamaxı,Qobustan, Göyçay rayonlarında da, 20 Yanvar faciəsində və torpaqlarımızın bütövlüyü uğrunda həlak olan qəhrəman Vətən övladlarının parlaq xatirəsini böyük ehtiramla yad ediblər. Şəhid məzarları ziyarət olunub, gül dəstələri düzülüb. Ruhlarına dualar oxunub.
1990-cı il Yanvarın 19-dan 20-nə keçən gecə şəhidlərimiz öz qanları ilə Azərbaycanın yeni tarixini yazdılar. Xalqımızın azadlığa gedən yolunda ilk cığırlar açdılar. Dövlət müstəqilliyimizin bərpası, azad həyatımız üçün ilk növbədə onlara borcluyuq.
 

Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN