20 yanvar şəhidləri yad edilib

Tarix: 19-1-2016 // saat: 14:55
İsmayıllı rayon Telekominukasiya idarəsində 20 yanvar faciəsinin ildönümünə həsr olunmuş anım mərasimi keçirilib. Mərasim açıq elan edildikdən sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Mərasimdə iştirak edən Rayon İcra hakimiyyəti aparatının məhsul işçisi Şahin Hüseynov bu qanlı faciənin tarixi kökləri, onu doğuran səbəblər barədə ətraflı məlumat verib.
Azərpoçt MMC-nin İsmayıllı poçt filialının müdiri Şöhbət Pənahov, İsmayıllı Telekommunikasiya Qovşağının nümayəndəsi Elxan Əliyev və digərləri vurğulayıblar ki, qanlı Yanvar hadisələrinə əsl siyasi-hüquqi qiymət yalnız Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin yenidən hakimiyyətə qayıtmasından sonra verilmiş, faciənin günahkarlarının adları açıqlanmışdır. Azərbaycanın informasiya blokadasına alındığı bir vaxtda ulu öndərin heç bir şeydən çəkinmədən Azərbaycan Respublikasının Moskva şəhərindəki daimi nümayəndəliyinə gələrək xalqımızın haqq səsini dünya ictimaiyyətinə çatdırması, öz xalqı ilə birlikdə olduğunu aşkaranə şəkildə nümayiş etdirməsi minnətdarlıq hissi ilə xatırlanmışdır. Azərbaycan xalqı 20 yanvar qurbanlarının xatirəsini daim əziz tutur.
Çıxışlarda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev şəhid ailələrinin sosial problemlərinin həlli ilə bağlı mütəmadi olaraq konkret göstərişlər verir, kompleks tədbirlər həyata keçirilərək onlara lazımi diqqət və qayğı göstərildiyi söylənilmişdir.
 

Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN