“Qanlı tarix unudulmur!” rəsm sərgisi

Tarix: 19-1-2016 // saat: 13:21
İsmayıllı rayon Gənclər və İdman idarəsi Heydər Əliyev Mərkəzi ilə birgə “20 yanvar-Ümumxalq Hüzn Günü”-nə həsr olunmuş “Qanlı tarix unudulmur!” mövzusunda yeniyetmə və gənc rəssamların əl işlərindən ibarət rəsm sərgisi təşkil edib.
Tədbirdə İsmayıllı rayon Gənclər və İdman idarəsinin əməkdaşı Şəhla Qafarova Qanlı 20 yanvarın dəhşətlərindən bəhs edərək xalqımıza hüzn gününü yaşadan tarixi siyasi düşmənlərimizin törətdiyi vəhşiliyin yalnız 20 yanvar 1990-cı ildə deyil, əsrlər boyu davam etdiyini vurğulayıb. Tarix səhifələrində xalqımıza qanlı-qadalı günləri yaşadanlara qarşı bütün vətəndaşların, xüsusilə də yeniyetmə və gənclərin daim mübarizə aparmalı olduğunu, əsl vətəndaşlıq mövqeyini daim nümayiş etdirməyi, hər kəsin bacardığı sahədə təbliğatçılığı gücləndirməli olduğunu qeyd edib.
Sonra gənc rəssamların əl işlərindən ibarət rəsm sərgisinə baxış keçirilib.
8 rəssamın əsərinin sərgiləndiyi tədbir gənc rəssamların İsmayıllı rayon Gənclər və İdman idarəsinin diplomları ilə mükafatlandırılması ilə yekunlaşıb.
 

Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN