Göyçay rayonunda avtomobil qəzasında 3 nəfər ağır xəsarət alıb

Tarix: 16-1-2016 // saat: 12:45
Xəsarət alanlar - Göyçay rayon sakinləri, 1981-ci il təvəllüdlü Abbasov Vüsal Rasim oğlu, Dəmirov Nurlan Hacıbaba oğlu və 1976-cı il təvəllüdlü Vəliyev Qəhrəman Yusif oğludur.
Onlar Göyçay rayon Mərkəzi Xəstəxanasının cərrahiyə və travmatologiya şöbələrinə yerləşdirilib.

Qəzada 90-CP-911 dövlət nömrə nişanlı “Hyundai Santa Fe” markalı minik avtomobili qarşı tərəfdən gələn 90-BG-055 dövlət nömrə nişanlı “Mercedes” markalı minik avtomobili ilə toqquşub.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.
 

Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN