Kürdəmir rayonunda 2015-ci ildə istehsal olunan taxıl

Tarix: 11-1-2016 // saat: 13:48
Kürdəmir rayonunda 2015-ci ildə əkin sahəsi 62736 hektar olmuşdur ki, bu da 2014-cü ilin müvafiq göstəricisindən 547 hektar və ya 0.9 % çoxdur.
Kürdəmir rayon Statistika İdarəsindən aldığımız məlumata görə, taxıl sahəsi 38 788 hektar olub ki, bunun da, 13424 hektarını (34.6 faiz) buğda, 25364 hektarını isə, (65.4 faiz) arpa sahələri təşkil edib. Taxılın yığım sahəsi 2014-cü ilin müvafiq dövrünə nisbətən 2 951 hektar və ya 8.2 faiz artmışdır.
Buğdanın əkin sahəsində 886 hektar və ya 6.2 faiz azalma, arpanın əkin sahəsi isə, 3837 hektar və ya 17.8 faiz artım müşahidə olunmuşdur.
2015– ci .ildə əkin sahələri ilə yanaşı məhsul istehsalı və məhsuldarlıq göstəricisində də, 2014 il ilə müqayisədə yüksək olmuşdur. Havaların taxılçılıq üçün əlverişli olması, normaya uyğun keçən yağıntılar 2015-ci ildə taxılın məhsuldarlığının əhəmiyyətli dərəcədə artmasına müsbət təsirini göstərib.
Bunun nəticəsidir ki, rayonda buğda istehsalı 2014-cü ilin müvafiq göstəricisindən 59.8 faiz çox olmaqla 38 290 ton, buğdanın məhsuldarlığı isə, hektara 11.4 sentner və ya 70.7 faiz artmaqla 28.5 sentnerə çatıb. Arpa istehsalı isə, 2014-cü ilin müvafiq göstəricisindən 37 171 ton və ya 2.1 dəfə çox olmaqla 70 877 tona çatıb. Arpanın məhsuldarlığında hektara 12.2 sentner və ya 77.7 faiz artmaqla 27.9 sentnerə çatıb.
 

Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN