“Sağlam cəmiyyətə doğru”

Tarix: 8-1-2016 // saat: 15:31
İsmayıllı rayon Uşaq Kitabxanasında Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə “Narkotiklərə Qarşı Təbliğat” İctimai Birliyi “Sağlam cəmiyyətə doğru” təbliğat tədbiri keçirilib.
İsmayıllı rayon Gənclər və İdman idarəsinin rəisi Taleh Salehov zərərli vərdişlərin törətdiyi fəsadlar barədə məlumat verib. Qeyd edib ki, İsmayıllı gəncliyi daha çox idmana meyilli olduğu üçün sağlam həyat tərzi yaşayır və asudə vaxtlarını səmərəli keçirir. Eyni zamanda gənclərimizin böyük əksəriyyətini savadlı, ziyalı təbəqə təşkil edir.
Rayon İcra Hakimiyyətinin Hüquq şöbəsinin müdiri Xətai Abbasov İsmayıllıda narkomaniyanın vəziyyəti barədə məlumat verərək rayonda narkomaniyanın geniş vüsət almadığını vurğulayıb. Bildirib ki, rayonda zərərli vərdişlərə yoluxanların sayı azdır. Zərərli vərdişlər və narkotik aludəçiliyinin hüquqi cəhətdən qanunvericiliyə müvafiq məsuliyyətə cəlb olunmasını gənclərin diqqətinə çatdırılıb.
“Narkotiklərə Qarşı Təbliğat” İctimai Birliyinin sədr müavini Leyla Yolçiyeva narkomaniyaya yoluxma mərhələləri haqda ətraflı məlumat verib. Narkomaniyanın yalnız narkotik və psixotrop maddələrin istifadəsi zamanı deyil, eyni zamanda müxtəlif asılılıq yaradan oyunların da, səbəb olacağını öz nitqində səsləndirib.
“Bizim Gənclik” İctimai Birliyinin sədri Sona Əlizadə ictimai birlik olaraq qarşıya qoyduqları məqsədin geniş toplumu maarifləndirmə olduğunu söyləyərək, tədbir iştirakçısı olan hər bir gəncdən onların işində kömək etməyini rica etdi. Narkomaniyanın vətənə xəyanətə, milli mənəvi dəyərləin məhvinə yol açdığını misallarla tədbir iştirakçılarının diqqətinə çatdırıb.
 

Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN