Şamaxı rayonunda heyvandarlıqda artım

Tarix: 7-1-2016 // saat: 11:46
Rayon statistika idarəsinin məlumatına görə, 2015-ci ildə bölgədə diri çəkidə 4867,3 ton ət, 23 min 146 ton süd, 17 milyon 76 min ədəd yumurta, 377,7 ton yun istehsal edilib.2014-cü ilə nisbətən ət istehsalı 23,6 ton, süd istehsalı 135 ton, yumurta 490 min ədəd, yun istehsalı isə 2,3 ton çox olub. Keçən il 2014-cü ilə nisbətən iribuynuzlu mal-qaranın sayı 260 baş artaraq 38171 başa, davarların say 1538 baş artaraq 192 min 108 başa, quşların sayı 4554 baş artaraq 273 min 670 başa çatıb. 

Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN