Ağsu rayonunda avtomobilin körpüdən çaya aşması iki nəfərin xəsarət alması ilə nəticələnib

Tarix: 4-1-2016 // saat: 15:27
19 BA 009 dövlət nömrə nişanlı jiquli markalı avtomobil Ağsu çayı üzərindəki körpüdən aşaraq çaya düşüb.Nəticədə avtomobildə olan Şamaxı rayon sakinləri Bünyətov Amil Qulaməli oğlu və Bünyətov Hamlet Bünyətəli oğlu bədən xəsarətləri alaraq Ağsu rayon mərkəzi xəstəxanasına çatdırılıb. Həkim Fazil Əzizovun sözlərinə görə, Amilə kəskin ağır kəllə beyin travması və baş beyin əzilməsi ilə diaqnoz qoyulub. Hamletin vəziyyəti isə, nisbətən yaxşıdır. Müalicələri davam etdirilir. 

Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN