Kürdəmirdə yol qəzası

Tarix: 4-1-2016 // saat: 12:30
Hadisə ötən axşam Bakı-Qazax magistral yolun 191-ci kilometrliyində, Kürdəmir rayonu ərazisində qeydə alınıb.

Qazax rayon sakini 40 yaşlı Bəxtiyar Səfər oğlu Rəsulovun idarə etdiyi “Mercedes” markalı mikroavtobus Qazax istiqamətində hərəkət edərkən qarşı tərəfdən gələn Orxan Abduləli oğlu Məmmədlinin idarə etdiyi “Mitsubishi Pajero” markalı minik maşını ilə toqquşub. Qəza nəticəsində mikroavtobusun sərnişinləri, sürücünün həyat yoldaşı, Qazax rayon sakini Dilarə Rəsulova və qızı, 2005-ci il təvəllüdlü Müzgan Bəxtiyar qızı Rəsulova bədən xəsarətləri alıblar. Yaralılar Kürdəmir Mərkəzi Rayon Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdiriliblər onarın vəziyyəti orta ağır olaraq qalır.

Faktla bağlı Baş Dövlət Yol Polisinin istintaq və təhqiqat şöbəsində araşdırma aparılır.
 

Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN