Kürdəmirdə səkkiz nəfərin xəsarəti ilə nəticələnən yol qəzası baş verib

Tarix: 3-1-2016 // saat: 00:35
Bakı-Qazax əsas magistral yolunun 207-ci kilometrliyində - Kürdəmir rayonunun Qarabucaq kəndindən keçən hissəsində qeydə alınıb.
Göyçay rayon sakini, 46 yaşlı Elşad Allahverən oğlu Əzizovun idarə etdiyi "Mercedes" markalı sərnişin mikroavtobusu ilə Gəncə şəhər sakini, 34 yaşlı Şahzadə Nizami oğlu Qasımovun idarə etdiyi mikroavtobus toqquşub.

Nəticədə hər iki sürücü və onların sərnişinləri - Göyçay rayon sakinləri 46 yaşlı Asudə Hacəli qızı Əzizova, 23 yaşlı Günel Elşən qızı Əzizova, 74 yaşlı Allahverən Şıxəli oğlu Əzizov, Gəncə şəhər sakini 28 yaşlı Niyaməddin Sammədin oğlu Quliyev, Sabirabad rayon sakini, 20 yaşlı Yusif Salman oğlu Raminli və Şirvan şəhər sakini, 20 yaşlı Rəfail Ələkbər oğlu Abdullayev müxtəlif bədən xəsarətləri ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat şöbəsində araşdırma aparılır.
 

Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN