Ağacəkmə aksiyası davam edir

Tarix: 30-12-2015 // saat: 10:58
Heydər Əliyev fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə ölkəmizdə həyata keçirilən “Ümumrespublika Yaşıllaşdırma” marafonuna qoşulan İsmayıllıda da, ağacəkmə aksiyaları həyata keçirilir.
29 dekabr 2015-ci il tarixdə İsmayıllı-Muğanlı magistral yolunun Diyallı kəndindən keçən ərazisində iməclik yolu ilə 500 ədəd yerli ağac cinslərindən olan akasiya və göyrüş ağacları əkilib. Əkilən ağacların suvarılması və mühafizəsi təşkil olunub.
Ümumiyyətlə, cari ilin yaz mövsümündə rayon üzrə 18 min, payız mövsümündə isə 11 mindən artıq ağac əkilmişdir. Ağacəkmə aksiyası bundan sonra da ardıcıl olaraq həyata keçiriləcəkdir.
 

Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN