Ağsuda "Təmiz kənd" I mini futbol turniri keçirilib

MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin 2014-cü ilin mart ayından Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirdiyi “Təmiz kənd - yerli icmaların iştirakı ilə ekoloji və etnoqrafik identikliyin qorunması və davamlı inkişafı” adlı layihəsi çərçivəsində 23.08.2014 tarixində Ağsu rayonu Çiyni kəndində “Təmiz Kənd” Mini Futbol turniri həyata keçirmişdi.

Tarix: 0-0-0 // saat:
 MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin 2014-cü ilin mart ayından Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirdiyi “Təmiz kənd - yerli icmaların iştirakı ilə ekoloji və etnoqrafik identikliyin qorunması və davamlı inkişafı” adlı layihəsi çərçivəsində 23.08.2014 tarixində Ağsu rayonu Çiyni kəndində “Təmiz Kənd” Mini Futbol turniri həyata keçirmişdi.
Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirilən bu layihəyə Ağsu rayonu İcra hakimiyyəti, Ağsu şəhər bələdiyyəsi, Gəgəli kənd bələdiyyəsi, Çiyni kənd bələdiyyəsi ilə yanaşı, Az-Granata Şirə və Şərab Emalı Müəssisəsi yaxından köməklik göstəriblər.
Turnirin açılışında MİRAS İctimai Birliyinin sədri Fariz Xəlilli çıxış edərək "Təmiz Kənd" layihəsi çərçivəsində monitorinq, təlim, futbol turniri, kəndlərdə iməclik və kitab nəşri planlaşdırdıqlarını və layihənin uğurla nəzərdə tutulan mərhələnin sonuna yaxınlaşdığını qeyd etmişdi. Və turnirdə "Təmiz kənd" layihəsi ilə əlaqəli olan "MİRAS", "ÜLGÜC", "ÇİYNİ" və "GƏGƏLİ" komandalarının iştirak etdiyini və turnirin əsas məqsədinin kənd gəncləri arasında zəif vəziyyətdə olan icma həmrəyliyini inkişaf etdirmək, eləcə də təmiz kənd mövzusunda gəncləri maarifləndirmək olduğunu bildirmişdi.
Daha sonra Az-Granata Şirə və Şərab Emalı Müəssisəsi adından professor Vüqar Mikayılov çıxış edərək müəssisələrinin bu cür ekoloji və etnoqrafik yanaşmaları əsas alan layihələri hər zaman dəstəkləyəcəklərini bildirərək turnir iştirakçılarına uğurlar arzulamışdı.
Əvvəlcə komandalararası görüşlər keçirilib, daha sonra 3-cü yer uğrunda "GƏGƏLİ" və "ÜLGÜC" komandaları görüşüb və "GƏGƏLİ" komandası 4:0 hesabı ilə qalib gəlib. Finalda "MİRAS" və "ÇİYNİ" komandaları qarşılaşıblar. "ÇİYNİ" komandası 8:2 hesabı ilə qalib gəlib.
Qaliblərin mükafatlandırılması zamanı Ağsu rayonu Gənclər və İdman İdarəsinin rəis müavini Ruslan Cəfərov çıxışısında qalibləri təbrik edərək kənd idmanının inkişafı üçün hər zaman belə turnirlərin keçirilməsinin zəruri olduğunu qeyd etmişdi. Əvvəlcə "MİRAS", "ÜLGÜC" və "GƏGƏLİ" komandalarına plaketlər təqdim edilib. Daha sonra qalib "ÇİYNİ" komandasına turnirin rəmzi kuboku təqdim edilib.
Qeyd etmək lazımdır ki, MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi 2014-cü ilin mart - avqust ayları arasında Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Təmiz kənd - yerli icmaların iştirakı ilə ekoloji və etnoqrafik identikliyin qorunması və davamlı inkişafı” layihəsini həyata keçirmişdir.

Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN