Sonuncu qaz verilən kəndlər - Xınıslı, Quşlar və Şilyan kəndləridir. Mərasimdə Rayon İcra Hakimiyyəti Başçısının müavini-Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Ağaəli Kərimli kənd sakinlərini təbrik edərək bildirib ki, Azərbaycanın siyasi, ictimai, iqtisadi, mədəni, sosial həyatının elə bir sahəsi yoxdur ki, orada Heydər Əliyevin qüdrəti, qayğısı hiss edilməsin.
“Azəriqaz” İstehsalat Birliyi Ağsu regional qaz istismar idarəsinin rəisi Eldar Səlimzadə dövlətimizin başçısının tapşırığına əsasən respublikamızda bütün yaşayış məntəqələrinin “mavi yanacaq”la təminatı istiqamətində həyata keçirilən tədbirlərdən danışıb.
Tədbirdə çıxış edən Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov rayonda sosial-iqtisadi sahələrdə qazanılan uğurları dövlətimizin başçısının regionlara, o cümlədən Kürdəmirə göstərdiyi diqqət və qayğının nəticəsi kimi dəyərləndirib. Bu gün Ulu Öndərimizin siyasi-iqtisadi kursunun ən layiqli davamçısı, Ölkə Prezidenti Cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın yeni neft-qaz konsepsiyasının gerçəkləşməsi yolunda böyük işlər görməkdədir.
Mərasimdə çıxış edən kənd ağsaqqalı Sədiyar Həşimov, ziyalı Xidmət Əhmədov, kənd sakini Şövkət Əhmədova əhalinin sosial ehtiyaclarının həllinə göstərdiyi diqqət və qayğıya görə ölkə Prezident cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Hazırda Kürdəmir şəhəri də daxil olmaqla 62 yaşayış məntəqəsindən 43 yaşayış məntəqəsi üzrə 16280 abonet təbii qazdan istifadə edir. Bu da, rayon əhalisinin 76.3 faizini təşkil edir Rayonun Sor-Sor, Muradxan, Çöl Qubalı, Qocalı, Beyi, Carlı, Mollakənd, Türkədi, Sovla, Söyüdlər, Mehdili, Qoçulu, Dayıkazımlı, Axtaçı-Qarabucaq və Pirili kəndlərində müxtəlif diametrli qaz xətləri çəkilərək qazlaşma işləri davam etdirilir. Adı qeyd olunan kəndlərə qazın verilişi ilin sonuna qədər təmin ediləcəkdir. Rayonda yalnız 4 kənd qalır ki, bunlar Qarasu, Qarabucaq qəsəbə, Qarabucaq kənd və Qurdbayram kəndləridir ki, onların da qazlaşması 2016-cı ildə nəzərdə tutulmuşdur.