Qobustanda sayca 4-cü işgüzar forumda Qobustan və qonşu rayonlardan olan sahibkarlar iştirak edib. Fondun əməkdaşı Samir Hümbətovun məlumatına əsasən onlara rayonda daha hansı sahələrlə geniş məşğul ola biləcəkləri haqqında ətraflı məlumat verilib. Onun sözlərinə görə, rayonun paytaxta yaxın olması məhsulun şəhərə çatdırılmasına əsaslı təsir edir. Bu da, sözsüz ki, sahibkarlığın inkişafına və məhsul bolluğuna müsbət təsir edir.
Tədbir çərçivəsində Qobustan və ətraf rayonlardan olan sahibkarlara 580 000 manat güzəştli şərtlərlə kredit verilib. Bu günəcən isə, Qobustandan olan 335 sahibkara fondun xəttinən 5 milyon manatdan çox güzəştli kredit verilib. Müasir taxıl anbarı kompleksi də, yaradılmışdır ki, məhsulun keyfiyyətli saxlanılmasına və taxılçılığa maraq göstərənlərin sayının artmasında xüsusi təsiri var.