Ərəbsarvan kəndi 1824-cü ilə aid mənbələrdə Sarvan, 1851-ci ilin mənbələrində Ərəbsarvan, XX əsrin əvvəllərində Ərəbsarvan kimi qeyd olunur. Oykonimin ərəb hissəsi göründüyü kimi əvvəllər olmamış, sonralar 42 meydana gəlmişdir. 1824-cü ildə 24 ailəlik nüfusa malik olan Sarvan kəndi şirvan əyalətinin Xançoban mahalına, 1851-ci ildə şamaxı qəzasının Bərgüşad dairəsinə,XX əsrin əvvəllərində Göyçay qəzasına daxil olmuşdur. Ərəbsarvan toponiminin əsas hissəsi olan "Sarvan" komponenti "dəvə karvanını müşaiyət edən şəxs" mənasındadır.