Yaponiyanın Azərbaycandakı səfirliyi və JTİ şirkətinin təşkilatçılığı ilə “VA-LİQA” musiqi qrupu ismayıllıların qonağı olub. Heydər Əliyev adına İsmayıllı Rayon Mədəniyyət Mərkəzində qrupun ənənəvi musiqi konserti keçirilib. Qrupun əsas məqsədi Yaponiyanın folkloruna olan marağı artırmaq, milli musiqini tanıtmaqdan ibarətdir.
Rayonun Mədəniyyət Mərkəzində reallaşan konsertdə RİH-nin, hüquq-mühafizə orqanlarının işçiləri, rayon ictimaiyyətin nümayəndələri, musiqi sevərlər iştirak ediblər.
Tədbirdə ilk öncə çıxış edən RİH başçısının birinci müavini Rövşən Ağayev qonaqları salamlayıb, Yaponiyanın İto şəhəri ilə əlaqələrdə dinamik inkişafın olduğunu qeyd edib.
Yapon musiqiçiləri proqramları ilə bərabər “Niyal” ansamblı ilə sintez edilmiş mahnı və muğamları da təqdim ediblər.