Ərəbmehdibəy oykonimi antroponimdən yaranmışdır.Mehdi bəy və oğlu Səlim bəy varlı, tanınmış şirvan bəylərindən olmuşdur. Bu nəslin Qafqaz canişini Vorontsov-Daşkov və Azərbaycan xeyriyyəçisi H.Z.Tağıyevlə münasibətləri indi də kənd sakinləri tərəfindən tez-tez söylənilir. Mehdi bəyin adından yaranan oykonimin "ərəb" hissəsi kənd əhalisinin ərəb olması anlamına dəlalət etmir. Ola bilsin ki, Mehdi bəy bura şirvan ərazisindəki ərəb mənşəli kəndlərin hansındansa gəlmədir. Ərəbmehdibəy kəndinin ərazisi qədim yaşayış məskəni olmuşdur. Burada kurqanlar, gil təknə qəbirlər aĢkar edilmiĢdir. Kənd əhalisinin ziyarətgah yerinə çevrilmiş Həzrə piri həm də tarixi memarlıq abidəsidir.